Yuxarı

Merilin Monronun əşyaları yenidən satışa çıxarılacaq

Merilin Monronun əşyaları yenidən satışa çıxarılacaq
Hərrac 3 gün davam edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Merilin Monronun "Ad gününüz mübarək,  cənab Prezident" adlı məşhur libası bu gün yenidən hərraca çıxarılacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, libas 2 milyon dollardan hərraca çıxarılacaq.

Aktrisa bu libası 1962-ci ildə Con Kennedinin ad günündə "Ad günün mübarək, cənab Prezident" mahnısını ifa edərkən geyinib. 

Üç gün davam edəcək hərracda aktrisaya aid şeir, çəkdiyi rəsmlər, mebelləri, bəzək əşyaları və s. kimi minlərlə əşya olacaq.

Bildirilib ki, hərracdan 5 milyon dollar gəlir gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi