“Mələk” tammetrajlı bədii filminin təqdimatı olub

“Mələk” tammetrajlı bədii filminin təqdimatı olub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filminin təqdimatı olub.
Mədəniyyət siyasəti
9 Dekabr , 2019 20:53
“Mələk” tammetrajlı bədii filminin təqdimatı olub
Report / Elchin Murad

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filminin təqdimatı olub.

"Report" xəbər verir ki, təqdimat mərasimində tanınmış incəsənət xadimləri, YAP Gənclər Təşkilatının sədri Seymur Orucov, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, hökumət və media nümayəndələri iştirak ediblər.

Filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi