Yuxarı

Meksikalı pianoçu: "Ən çox Qara Qarayevin əsərlərini sevirəm"

​Meksikalı pianoçu: "Ən çox Qara Qarayevin əsərlərini sevirəm"

"Yenidən Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm. Bu səfər məni bir daha təsirləndirdi. Burada insanlar çox qonaqpərvərdir. Qonaqlara isti ve mehribancasına yanaşırlar".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanda silsilə konsertlər verəcək meksikalı pianoçu Xesus Lepe konsertlər ərəfəsində keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan bəstəkarları arasında Qara Qarayevin əsərlərini daha yüksək qiymətləndirdiyini və sevdiyini açıqlayıb.

Öz növbəsində, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu tədbirin iki xalq arasında qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinə yönəldiyini söyləyib.

"Hər il səfirlik olaraq 25-dən çox mədəniyyət tədbiri keçiririk. Bu dəfə konsertin coğrafiyasını genişləndirmək qərarına gəldik. Belə ki, Lepe Qəbələ və Sumqayıtda da çıxış edəcək. Bütün bunlar Azərbaycanda getdikcə daha çox insanda Meksika mədəniyyəti haqqında təsəvvür yaradılmasına və əlaqələrimizi möhkəmləndirməyə yönəldilib", - deyə diplomat qeyd edib.

Səfir həmçinin yaxın gələcəkdə bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Meksika mətbəxi günləri, Meksika filmlərinin nümayişinin keçiriləcəyini, "Qızıl qalası" festivalında iştirak edəcəklərini vurğulayıb.

Qeyd edək ki, meksikalı pianoçu sentyabrın əvvəllərində Azərbaycanda silsilə konsert verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi