Məhluqə Sadıqovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Məhluqə Sadıqovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq Prezident İlham Əliyev ​bununla bağlı sərəncam imzalayıb
Mədəniyyət siyasəti
19 İyul , 2017 18:03
Məhluqə Sadıqovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

"Report"un verdiyi xəbərə görə, sənəddə deyilir ki, 2017-ci ildə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın anadan olmasının 100 illiyi tamam olur.

Məhluqə xanım Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaratmış və onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə dolğun şəkildə canlandırmışdır. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndir.

Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi