Yuxarı

Mədət Quliyev Mədəniyyət Nazirliyinin sektor müdirini təltif edib

Mədət Quliyev Mədəniyyət Nazirliyinin sektor müdirini təltif edib

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva təltif olunub.

Nazirlikdən "Report"a verilən məlumata görə,  Mənzərxanım Nurəliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi