Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Anım mərasimində mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qurumların kollektivləri mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər
Mədəniyyət siyasəti
7 May , 2016 16:52
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı.7 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 7-də Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Anım mərasimində mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qurumların, teatr-konsert müəssisələri, muzey, kitabxana və digər mədəniyyət ocaqlarının kollektivlərinin nümayəndələri, həmçinin mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Mərasim iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Son xəbərlər

Orphus sistemi