Bakı. 15 aprel. REPORT.AZ/
Məqalələr analitik xarakterli olmalı və mədəniyyətlərarası dialoq məfhumda mövcud sosial-siyasi və mədəni dəyərlər sisteminin təşviq olunmasına xidmət etməlidir. Eyni zamanda dünyada cərəyan edən siyasi proseslər və mövcud qlobal tendensiyalar kontekstində mədəniyyətlərarası dialoq məfhumunun aktuallığının aşılanmasına xidmət etməlidir. Məqalələrdə Azərbaycan hökumətinin dünyada mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi və mədəni dəyərlərin təbliğində oynadığı rol təhlil olunmalıdır. Yazıların həcmi 3 min sözdən az olmamalıdı. İstifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir. Məqalədə sözügedən siyasi dəyərlərin təbliği və təşviqi ilə əlaqədar təklif öz əksini tapmalıdır (məqalənin qiymətləndirilməsi zamanı ideyanın məzmununa və onun reallaşma mexanizminin açıqlanması səviyyəsinə xüsusi diqqət ayrılacaqdır). Kollektiv yazılarda mütləq olaraq təklif (ideya) və onun reallaşdırma mexanizmləri öz əksini tapmalıdır. Müsabiqəyə alimlərin, tələbələrin yazdıqları yazılar və kollektiv formada aparılan araşdırmalar təqdim oluna bilər. Məqalələr 2015-ci ilin mayın 10-dək təqdim olunmalıdır. Müsabiqə qalibləri aşağıdakı kimi mükafatlandırılacaqdır:
1-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1500 (bir min beş yüz) manat;
2-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1000 (bir min) manat;
3-cü yer 3 nəfər (3 kateqoriya üzrə) 500 (beş yüz) manat;
5 nəfər üçün həvəsləndirici mükafatlar 300 (üç yüz) manat.