Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir teatrında baş verən davaya münasibət bildirib

Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir teatrında baş verən davaya münasibət bildirib Teatrın baş rejissoru Xəzər Gəncəli nazirliyə çağırılıb
Mədəniyyət siyasəti
12 May , 2016 12:39
Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir teatrında baş verən davaya münasibət bildirib

Bakı. 12 may. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli və teatrın baş mühəndisi Habil Orucov arasında əlbəyaxa dava düşüb.

Teatrın direktoru Səxavət Məmmədov "Report"a açıqlamasında hadisədən xəbərdar olduğunu bildirib: "Mən məsələnin bu qədər şişirdilməsinin tərəftarı deyiləm. Xəzər Gəncəli teatrımızın baş rejissorudur. Habil Orucov isə teatrımızın baş mühəndisidir. Aralarında baş verən münaqişə texniki məsələlərə görə olub. Səhnədə yanmayan lampaya görə, söz-söhbət yaranıb. Bir-birlərini təhqir ediblər. Hər ikisi ilə danışmışam. Məsələyə Mədəniyyət və Turizm Nazirliyi də, münasibət bildirib. Hazırda hər ikisi teatrda işinin başındadır. Bu dəqiqə teatrda gərgin məşqlər gedir. Mən yaradıcılıq prosesi ilə məşğul olmaq istəyirəm, amma belə məsələlərə də vaxtımı sərf etməli oluram".

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə bəzi teatr-konsert müəssisələrinin hələ də tam gücü ilə işləməyə səy göstərmədiyini, teatr rəhbərlərinin bəzən öz işlərinə laqeyd yanaşdıqlarını bildirib. Nazir müavini bölgə teatrlarının fəaliyyətinin qənaətbəxş səviyyədə olmadığını deyib.

"Report"un əldə etdiyi məlumata görə, teatrın baş rejissoru Xəzər Gəncəli Mədəniyyət və Turizm Nazirliyinə çağırılıb.

Son xəbərlər

Orphus sistemi