Mədəniyyət və Turizm Nazirliyi elektron turist vizasının verilməsi ilə bağlı turizm şirkətlərinə müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi elektron turist vizasının verilməsi ilə bağlı turizm şirkətlərinə müraciət edib Yeni qayda Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb
Mədəniyyət siyasəti
26 Avqust , 2015 16:58
Mədəniyyət və Turizm Nazirliyi elektron turist vizasının verilməsi ilə bağlı turizm şirkətlərinə müraciət edib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Yeni qayda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.

Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər.

Son xəbərlər

Orphus sistemi