Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə iştirak edəcəyi sərgilərin adlarını açıqlayıb

Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə iştirak edəcəyi sərgilərin adlarını açıqlayıb Nazirlik həmin sərgilərdə iştirakı təxirə salmaq hüququnu özündə saxlayır
Mədəniyyət siyasəti
20 Oktyabr , 2015 18:33
Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə iştirak edəcəyi sərgilərin adlarını açıqlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə iştirak edəcəyi sərgilərin adlarını açıqlayıb. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirlik gələn il keçiriləcək Nyu-Yorkda "The New York Times Travel Show", İstanbulda "EMITT East Mediterranean Tourism and Travel Exhibition", Tehranda "HT&T Iran Hotel, Travel & Tourism International Exhibition", Milan "BİT", Berlin "İTB Berlin", Moskva "MİTT", Pekin "COTTM China Outbound Travel and Tourism Market", Almatı"KİTF Kazakhstan International Tourism & Travel Fair", Dubay "ATM", Seul "KOTFA", Tokio "JATA”, Paris "Top Resa", Dubay "İMTEC", Varşava "TT Warsaw İnternational Travel Show", Londonda "WTM" sərgilərində iştirak edəcək.

2016-cı ildə həmçinin Frankfurt, Almatı, Dubay, İzmirdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgilər keçiriləcək.

Qeyd edək ki, turizm şirkətləri və mehmanxanalarından qeyd olunan sərgilərdə iştirakla bağlı kifayət qədər müraciət daxil olmadıqda, nazirlik həmin sərgilərdə iştirakı təxirə salmaq hüququnu özündə saxlayır.

Son xəbərlər

Orphus sistemi