​Azərbaycanın mədəniyyət və turizm naziri Sergey Takoyevi qəbul edib

​Azərbaycanın mədəniyyət və turizm naziri Sergey Takoyevi qəbul edib Əməkdaşlıq üçün birgə turizm marşrutları və konkret mədəniyyət tədbirlərinin keçirilməsi qərara alınıb
Mədəniyyət siyasəti
4 Fevral , 2015 13:12
​Azərbaycanın mədəniyyət və turizm naziri Sergey Takoyevi qəbul edib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının Şimali Osetiya - Alaniya Respublikası Hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Report” xəbər verir ki, nazir Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahəsində daima sıx əlaqələrin mövcud olduğunu və bu əlaqələrin son illərdə daha da inkişaf etdiyini, ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qonaqların diqqətinə çatdırıb.

“Biz eyni regionda yaşadığımız üçün xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlər var və bunlara əsaslanaraq turizm, musiqi, teatr sahəsində mübadilələrin həyata keçirilməsi mövcud əlaqələrin genişlənməsinə təkan verə bilər”, - nazir deyib.

Sergey Takoyev qəbula görə Əbülfəs Qarayevə minnətdalığını bildirib. O, Azərbaycanla əlaqələrin bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də genişləndirilməsində maraqlı olduğunu qeyd edib. S.Takoyev Şimali Osetiya-Alaniya Respublikasında yaşayan çoxsaylı azərbaycanlıların respublikanın sosial həyatında fəallığını vurğulayaraq, bu amilin gələcək münasibətlərin inkişafında özünəməxsus yer tuta biləcəyini qeyd edib.

Görüşün sonunda əməkdaşlıq üçün birgə turizm marşrutları və konkret mədəniyyət tədbirlərinin keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi