“Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub

“Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub Əbülfəs Qarayev əmr imzalayıb
Mədəniyyət siyasəti
1 Fevral , 2018 18:48
“Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub

Bakı. 1 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 yanvar 2018-ci il tarixli əmri ilə Vüqar Mükafat oğlu Əliyev “Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

Vüqar Əliyev 1970-ci ildə anadan olub. 1992-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən “Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və digər qurumların keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olub.

Son xəbərlər

Orphus sistemi