Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub

Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub Bakı. 28 iyun. REPORT.AZ/ Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub.
Mədəniyyət siyasəti
28 İyun , 2018 10:51
Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı əmrlə İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərdiyi dövrdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov olub. O, Mədəniyyət Nazirliyinin yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi