Bakı. 1 fevral. REPORT.AZ/ Mədəniyyət Nazirliyi mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün müsabiqə elan edib.
Nazirlikdən "Report"a verilən xəbərə görə, müsabiqə bu il iyunun 30-dan iyulun 10-dək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili, xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması, mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması, regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi tədbirləri üzrə olacaq.
Müsabiqədə iştirak etmək istəyən