Yuxarı

Mədəniyyət naziri: "Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil"

Mədəniyyət naziri: "Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil"
© Report / Elchin Murad — Mədəniyyət naziri Əbülfəs Qarayev

Bakı. 5 mart. REPORT.AZ/ "Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, C.Cabbarlının ailəsi evi özəlləşdirib: "Odur ki, binanın təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o ev təmir edilsin. Evin birinci mərtəbəsi Cəfər Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Əzim Əzimzadənin də ev muzeyi bu formada yaradılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahat idik. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidirlər. Ümid edirəm ki, Cəfər Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi