Masallıda "ASAN Həyat" Bahar Festivalı keçirilib - FOTO

Masallıda "ASAN Həyat" Bahar Festivalı keçirilib - FOTO Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə ASAN Həyat Bahar Festivalı təşkil olunub.
Mədəniyyət siyasəti
16 Mart , 2019 18:26
Masallıda ASAN Həyat Bahar Festivalı keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "ASAN Həyat" Bahar Festivalı təşkil olunub.

"Report" xəbər verir ki, martın 2-dən 19-dək davam edəcək festival çərçivəsində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası keçirilib.

Festivalda həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində "Food truck"lər (təkərli qoşqular) nümayiş olunub. "Truck"lərdə “ABAD” məhsullarından hazırlanmış "fast food"ların satışı təşkil olunub.

Festivalın məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Məqsəd həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

Tədbirlərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində olan "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə Şəkidə də "ASAN Həyat" Bahar Festivalı keçirilib.

Son xəbərlər

Orphus sistemi