Macarıstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Macarıstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək Konsertə Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edəcək
Mədəniyyət siyasəti
8 Dekabr , 2015 22:51
Macarıstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Macarıstanın “Dunay” simfonik orkestrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, dekabrın 11-də keçiriləcək konsertdə simfonik orkestr Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan və dünya bəstəkarlarının – Ü.Hacıbəylinin, F.Əmirovun, D.Şostakoviçin, R.Şumanın, F.Çileanın əsərlərini ifa edəcək.

Vokal partiyalar isə gənc azərbaycanlı müğənni, Milandakı La Skala opera teatrının solisti Azər Paşazadənin ifasında səslənəcək.

Son xəbərlər

Orphus sistemi