Londonda Azərbaycan səfirliyində Novruz bayramı qeyd olunub

Londonda Azərbaycan səfirliyində Novruz bayramı qeyd olunub Qonaqlara Azərbaycan mətbəxindən nümunələr təqdim olunub
Mədəniyyət siyasəti
20 Mart , 2017 21:11

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə qonaqlar arasında tanınmış siyasi xadimlər və diplomatlar, iş adamları da iştirak ediblər.

Tədbirdə qonaqlara Azərbaycan mətbəxindən plov, boyanmış yumurtalar, şəkərbura, paxlava kimi nümunələr təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin xanımı Ülviyyə Tağızadə qonaqları bayram münasibətilə təbrik edib, bahar bayramının hərkəsə dinclik, xoşbəxtlik gətirməsini arzu edib. O, həmçinin səfirin Britaniyada yaşayan həmvətənlərimizə ünvanlanmış təbrikini çatdırıb.

Azərbaycanın Böyük Britaniyadakı Səfirin xanımı və iki oğlu


Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar və Azərbaycan Səfirinin xanımı ilə yumurta döyüşdürüblər

Son xəbərlər

Orphus sistemi