Litvada Novruz bayramı münasibətilə tədbir keçirilib

Litvada Novruz bayramı münasibətilə tədbir keçirilib Tədbirdə ABŞ-dan olan Azərbaycan əsilli müğənni Valeriy Yusupovun konserti olub
Mədəniyyət siyasəti
19 Mart , 2015 20:59
Litvada Novruz bayramı münasibətilə tədbir keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Litvada fəaliyyət göstərən “Günəş” Assosiasiyası tərəfindən Vilnüs şəhərindəki “Forum” sarayında Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Litva Seymində GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupunun sədri Mantas Adomenas, Seymin üzvləri, Litvanın ictimai-siyasi xadimləri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.

Bayram tədbirini çıxış sözü ilə açan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edərək, onlara xalqımızın qədim və əziz bayramlarından biri olan Novruz bayramının gəlişi ilə bağlı sevinc, bolluq və xoşbəxtlik arzulayıb.

“Günəş” Assosiasiyasının sədri Sadıq Nurullayev öz çıxışında qonaqları salamlayaraq, Novruz bayramı münasibətilə həmyerlilərimizi təbrik edib.

Litva tərəfindən çıxış edən Mantas Adomenas soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edərək xalqımıza sülh və tərəqqi arzulayıb.

Tədbirdə qonaqlara ziyafət verilib və bayram şənliyi ABŞ-dən gəlmiş həmyerlimiz, müğənni Valeriy Yusupovun konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi