“Leading Edge” jurnalının Azərbaycana həsr olunmuş sayı nəşr edilib

“Leading Edge” jurnalının Azərbaycana həsr olunmuş sayı nəşr edilib Jurnalda "Bakı-2015" I Avropa Oyunlarının keçirilməsindən bəhs edilib
Mədəniyyət siyasəti
13 Fevral , 2015 10:19
“Leading Edge” jurnalının Azərbaycana həsr olunmuş sayı nəşr edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Business Outlook şirkətinin aylıq nəşr olunan "Leading Edge" jurnalının fevral sayı Azərbaycana həsr olunub.

"Report" xəbər verir ki, "Leading Edge: Azerbaijan" başlığı ilə nəşr olunan jurnalda əsasən Bakıda keçiriləcək "Bakı-2015" I Avropa Oyunları ərəfəsində ölkənin təbliği məqsədilə müxtəlif sahələr, o cümlədən mədəniyyət və turizm üzrə müsahibələr və məqalələr çap olunub.

Qeyd edək ki, jurnal İngiltərənin Business Outlook şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasındakı əməkdaşlıq nəticəsində nəşr olunub. 

Son xəbərlər

Orphus sistemi