Koventri Universitetində Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı təqdimatlar keçirilib

Koventri Universitetində Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı təqdimatlar keçirilib Bakı. 21 fevral. REPORT.AZ/ Böyük Britaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri çərçivəsində Koventri Universitetinin Qlobal Liderlər proqramı üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
21 Fevral , 2018 20:51
Koventri Universitetində Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı təqdimatlar keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Böyük Britaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri çərçivəsində Koventri Universitetinin Qlobal Liderlər proqramı üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu qlobal təşəbbüsün tarixinə və əhəmiyyətinə həsr olunan film nümayiş etdirildikdən sonra nazir Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz barədə geniş təqdimatla çıxış edib. Daha sonra tələbələrin suallarını cavablandıran nazir gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat verib.

Səfər çərçivəsində nazir Ə.Qarayev Koventri Universitetinin vitse-kansleri və baş icraçısı Con Latamla görüşdü. Görüş zamanı Universitetin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırda Mərkəz tərəfindən “Bakı Prosesi” barədə xüsusi kitabın hazırlanacağını, habelə Universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi və əməkdaşlığı barədə müzakirələr baş tutub. 

Həmin gün Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin əməkdaşları olan elmi tədqiqatçılar üçün də “Bakı Prosesi” barədə seminar keçirilib və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi