Koreyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Koreyada Azərbaycan Mədəniyyəti Günü keçirilib Tədbirdə Azərbaycana dair təqdimat olub
Mədəniyyət siyasəti
3 Aprel , 2015 15:33
Koreyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Bakı. 3 aprel. REPORT.AZ/ “Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu” (KAIST) və SolBridge Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə KAIST İnstitutunda Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən institutun vitse-prezidenti Myenq Sunq Hyon (Myaeng Sung Hyon) bu cür tədbirlərin keçirilməsinin ölkələr haqqında biliklərin koreyalı və əcnəbi gənclərə çatdırılması baxımından önəmli olduğunu vurğulayıb.

Daha sonra səfirliyin birinci katibi Fərrux Cumayev çıxış edərək, Azərbaycanın gələcək inkişafında təhsilin və insan potensialının mühüm rol oynadığını qeyd edib. O, dünyada informasiya texnologiyaları və İKT mühəndisliyi üzrə qabaqcıl yer tutan KAIST İnstitutunda azərbaycanlı tələbələrin təhsil almasının ölkənin prioritet sahələrdən biri olan İKT sahəsinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və onlara uğurlar arzu edib.

KAIST İnstitutunun 300-dən artıq müəllim və tələbə heyətinin iştırak etdiyi tədbirdə Azərbaycana dair təqdimat keçirilib, milli mətbəx nümunələri və milli rəqslər iştirakçılara təqdim olunub.

Son xəbərlər

Orphus sistemi