​Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

​Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək Milli musiqi gecəsi və Azərbaycan xalçaları sərgisi təşkil olunacaq
Mədəniyyət siyasəti
29 İyun , 2015 16:54
​Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti günləri keçiriləcək.

"Report" Kann şəhər Turizm İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, mədəniyyət günləri çərçivəsində iyulun 15-də Azərbaycan musiqisi gecəsi keçiriləcək.

Konsertdə dünya şöhrətli muğam ustası Alim Qasımov və digər Azərbaycan ifaçılarının çıxışları nəzərdə tutulur.

Bundan əlavə, həmin gün "Azərbaycan xalçaları incəsənətdə" adlı sərgi də təşkil olunacaq. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı gözlənilir.

Qeyd edək ki, tədbirlər Azərbaycanın Fransadakı səfirliyi və Kann şəhərinin meri Devid Lisnarın dəstəyi ilə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi