Jan-Kristof Bas: “Azərbaycan son 10 ildə həyata keçirdiklərinə baxaraq fəxr etməlidir“

Jan-Kristof Bas: “Azərbaycan son 10 ildə həyata keçirdiklərinə baxaraq fəxr etməlidir“ Paris. 12 iyun. REPORT.AZ/ Parisdə sülh, harmoniya ruhu və Bakı prosesinin 10 illiyinə həsr edilmiş Azərbaycan gecəsi keçirilib.
Mədəniyyət siyasəti
12 İyun , 2018 11:56
Jan-Kristof Bas: “Azərbaycan son 10 ildə həyata keçirdiklərinə baxaraq fəxr etməlidir“
Report
0 : 00
0 : 00

Paris. 12 iyun. REPORT.AZ/ Parisdə sülh, harmoniya ruhu və "Bakı prosesinin" 10 illiyinə həsr edilmiş Azərbaycan gecəsi keçirilib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransanın siyasi-ictimai xadimləri, diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev “Bakı Prosesi”dən keçən illər ərzində Azərbaycanda həyata keçirilmiş böyük tədbirlər - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları və digər tədbirlər haqqında iştirakçılara məlumat verib. Nazir həmçinin Azərbaycanda dinlərarası, müxtəlif xalqlar arasında münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması, kişilər və qadınlar arasında bərabərliyin təmin edilməsi, ölkədə sülhün yaşadılması, multikulturalizm ənənələrinin yüksək səviyyədə həyata keçirilməsini nəzərdə tutan tədbirlər və dövlət siyasətindən bəhs edib.

“The Global Compass” şirkətinin təsisçisi və baş direktoru, “Bakı Prosesi”nin veteranlarından olan Jan-Kristof Bas çıxışında bildirib ki, bir sıra əhəmiyyətli aktyorları öz ətrafında toplamağa nail olan “Bakı Prosesi” mədəniyyətlərarası dialoq naminə əsas görüş yerlərindən birinə çevrilib. O deyib ki, 100 il bundan qabaq qadınlara səsvərmə hüququ verməklə yenilik etmiş Azərbaycan Demokratik Respublikasının varisi olan müasir Azərbaycan 10 il bundan qabaq “Bakı Prosesi”ni yaratmaqla bir daha avanqard addıma imza atıb. O bildirib ki, bər tərəfdən ənənəyə sadiq, digər tərəfdən isə müasirliyə meylli dövlət olan Azərbaycan son 10 ildə həyata keçirdiklərinə baxaraq fəxr etməlidir.

Tədbirdə Azərbaycanda “Bakı Prosesi” çərçivəsində həyata keçirilmiş tədbirlərə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. 

Tədbir iştirakçıları Azərbaycan müsiqisinin trio-da ifasına böyük maraqla qulaq asıblar. 

Son xəbərlər

Orphus sistemi