İstanbulda "Sən də Azərbaycanı gör" sərgisi açılıb - FOTO

İstanbulda "Sən də Azərbaycanı gör" sərgisi açılıb - FOTO Sərgidə ölkəmizin müxtəlif fotoqraflarının ən uğurlu fotoları nümayiş olunur
Mədəniyyət siyasəti
25 Yanvar , 2017 22:20
İstanbulda Sən də Azərbaycanı gör sərgisi açılıb - FOTO

İstanbul. 25 yanvar. REPORT.AZ/ İstanbuldakı “Türk Dünyası kültür məhəlləsi”dəki Azərbaycan evində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Türkiyə təmsilçiliyinin sərgisi açılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, sərginin açılışında İstanbulda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin təmsilçiləri, ölkəmizin rəsmi nümayəndələri, İstanbul Böyük şəhər bələdiyyəsinin üzvləri və Türkiyə mətbuatının jurnalistləri iştirak edib.

Öncə sərginin açılışını bildirən qırmızı lent kəsilib. “Sən də Azərbaycanı gör” şüarı altında açılan sərgidə ölkəmizin müxtəlif fotoqraflarının ən uğurlu fotoları nümayiş olunub. Azərbaycan-Türkiyə Turizm təmsilcisi Nurlana Çakmak qonaqlara sərgidə nümayiş olunan fotolar haqqında məlumat verib.

Ölkəmizin tarixi abidələrinin, milli geyimlərinin, muzeylərinin, müxtəlif şəhərlərinin, mətbəxinin, mədəniyyət abidələrinin əks olunduğu fotolar ziyarətçilər tərəfindən böyük maraqla izlənilib.

Sərgidə “Qız qalası”, “Şirvanşahlar sarayı”, “Heydər Əliyev Mərkəzi”, “İçəri şəhər”, “Bakı Metrosu”, “Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi”, “Miniatür Kitab Muzeyi”nin ən gözəl şəkilləri nümayiş olunur.

Sərgi fevralın 8-ə qədər davam edəcək. Qeyd edək ki, Mədəniyyət və Türizm Nazirliyinin Türkiyədə ilk rəsmi ofisi ötən ilin fevralında açılıb. 

Son xəbərlər

Orphus sistemi