Yuxarı

İsraildə muğam konserti keçirilib

İsraildə muğam konserti keçirilib
Elşən Mansurov Safed şəhərində ustad dərsləri verib

Bakı. 13 yanvar. REPORT.AZ/ İsrailin Safed şəhərində Azərbaycanın muğam ifaçısı Elşən Mansurovun konserti keçirilib.

"Report" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası "Azİz"in saytına istinadən xəbər verir ki, konsert şəhərdə fəaliyyət göstərən "Muğam Akademiyası"nda baş tutub.

Bundan əlavə, muğam ifaçısı üç gün ərzində Safeddə ustad dərsləri verib.

Qeyd edək ki, bu, E.Mansurovun İsrailə dördüncü səfəridir.

Xatırladaq ki, Safeddə "Muğam Akademiyası"nı tanınmış israil musiqiçi Perets İliyahu təsis edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi