İsraildə Azərbaycanla bağlı yeni layihə həyata keçirilir

İsraildə Azərbaycanla bağlı yeni layihə həyata keçirilir "Azərbaycanın 7+7 möcüzəsi" adlı səyyar fotosərgi bir neçə şəhərdə baş tutacaq
Mədəniyyət siyasəti
23 Noyabr , 2016 12:08
İsraildə Azərbaycanla bağlı yeni layihə həyata keçirilir

Bakı. 23 noyabr. REPORT.AZ/ İsraildə yerli ictimaiyyətə Azərbaycanın tarixi, memarlıq ənənələri, zəngin təbii ehtiyatları və humanitar dəyərlərini təqdim edən yeni layihəyə start verilib.

"Report" xəbər verir ki, layihə "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən və yerli bələdiyyələrin dəstəyi ilə həyata keçirilir.

İsrailin bir neçə şəhərində keçiriləcək "Azərbaycanın 7+7 möcüzəsi" adlı səyyar fotosərgi Tirat Karmel şəhərində başlayıb.

Fotolarda izləyicilər Azərbaycanın müasir və qədim memarlıq şedevrlərini izləyə bilib, ölkədəki qoruqların növləri, tarixi abidələrlə tanış olublar.

Tirat Karmel şəhirinin meri Arye Tal bildirib ki, ötən il Azərbaycana səfəri zamanı ölkənin təbii sərvətlərinin, mədəniyyətinin və tarixinin zənginliyi və müxtəlifliyindən heyrətə gəlib.

Rəsmi hissədən sonra tanınmış Qafqaz əsilli İsrail mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib.

Son xəbərlər

Orphus sistemi