İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub

İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub Əbülfəs Qarayev: "Dünyanın hər yerindən İSESKO haqqında məlumatları burdan əldə etmək mümkün olacaq"
Mədəniyyət siyasəti
27 Noyabr , 2015 16:39
İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub

Bakı. 27 noyabr. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının iclasında İSESKO-nun yeni loqosu və yeni veb-saytının təqdimatı olub. "Report" xəbər verir ki, iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Ə.Qarayev bildirib ki, yeni portal köhnə veb-saytın əsasında yaradılıb: "Amma daha yeni format seçilib. Burada xəbərlər daha operativ çatdırılacaq. Dünyanın hər yerindən İSESKO haqqında məlumatları burdan əldə etmək mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi