İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”

İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir” O, Bakı Şopinq Festivalını “çox ciddi layihə” adlandırıb
Mədəniyyət siyasəti
6 May , 2017 14:18
İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”

Bakı. 6 may. REPORT.AZ/ İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalını “çox ciddi layihə” adlandırıb.

“Report”un xəbərinə görə, www.bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: “Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.

İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.

Son xəbərlər

Orphus sistemi