Yuxarı

İki kino xadimi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

İki kino xadimi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Əlizadə Oqtay Mahmud oğlu

Rzayev Nazim İsrafil oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi