Horadizdə “Aprel zəfəri” adlı konsert proqramı keçirilib

Horadizdə “Aprel zəfəri” adlı konsert proqramı keçirilib Füzuli rayonunun Horadiz şəhərində Aprel Zəfəri adlı konsert proqramı keçirilib.
Mədəniyyət siyasəti
5 Aprel , 2019 19:51
Horadizdə “Aprel zəfəri” adlı konsert proqramı keçirilib

Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramı keçirilib. 

"Report"un məlumatına görə, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və N saylı hərbi hissənin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub. 

Azərbaycan Televiziyası isə canlı konsert proqramını Horadizdən yayımlayıb və bununla da cəmiyyətdə bir daha Aprel döyüşlərinin əhəmiyyətinə diqqət çəkib. 

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdiyini, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdığını vurğulayıblar. 

Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi