Hindistanın Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib

Hindistanın Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Hindistanın Caypur şəhəri ilə bağlı təqdim etdiyi nominasiyaya baxılıb.
Mədəniyyət siyasəti
6 İyul , 2019 12:00
Hindistanın Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Hindistanın Caypur şəhəri ilə bağlı təqdim etdiyi nominasiyaya baxılıb.

"Report" xəbər verir ki, müzakirələrdə oradakı tarixi abidələrin qorunmasının vacibliyi vurğulanıb.

Hindistanın təklifinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Səsvermə ilə Hindistanın şimal qərbində yerləşən Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi