​Heydər Əliyev Fondunun vitse-prezidenti bir sıra uşaq evlərinə baş çəkib

​Heydər Əliyev Fondunun vitse-prezidenti bir sıra uşaq evlərinə baş çəkib Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub
Mədəniyyət siyasəti
11 Mart , 2015 20:53
​Heydər Əliyev Fondunun vitse-prezidenti bir sıra uşaq evlərinə baş çəkib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.

"Report" xəbər verir ki, Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış olub, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb. Bildirilib ki, internat evi Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də olub. Məlumat verilib ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izləyib.

Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəlib. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onların arzu və istəklərini dinləyib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində olub, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram təbriklərini çatdırıb. Məlumat verilib ki, bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir standartlar səviyyəsində olacaq.

Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi