​Heydər Əliyev Fondu Hannover və Düsseldorf şəhərlərində Azərbaycan mədəniyyətini təqdim edəcək

​Heydər Əliyev Fondu Hannover və Düsseldorf şəhərlərində Azərbaycan mədəniyyətini təqdim edəcək Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq
Mədəniyyət siyasəti
27 Oktyabr , 2014 20:06
​Heydər Əliyev Fondu Hannover və Düsseldorf şəhərlərində Azərbaycan mədəniyyətini təqdim edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. Bu barədə "Report"a Heydər Əliyev Fondundan bildirilib.

Məlumata görə tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.

Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər səsləndiriləcək.

Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Fondun qeyd olunan nəşri, eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunacaq tədbirdə də təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorf Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.

Bu ərəfədə Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazıb. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir.

Qeyd edilir ki, Dövlət simfonik orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda, bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.

Son xəbərlər

Orphus sistemi