Gürcüstanın hakim partiyası azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın hakim partiyası azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib Təbrikdə bildirilib ki, Novruz bayramı yeni il hesab olunur və bahar fəslinin gəlməsini simvolizə edir
Mədəniyyət siyasəti
22 Mart , 2019 17:32
Gürcüstanın hakim partiyası azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hakim partiyanın mətbuat xidməti məlumat yayıb.

Təbrikdə bildirilib ki, Novruz bayramı yeni il hesab olunur və bahar fəslinin gəlməsini simvolizə edir: “Bizim azərbaycanlı həmvətəndaşlarımız üçün Novruz bayramı milli bayramdır. Azərbaycanlılara sülh və çiçəklənmə arzu edirik”.

Son xəbərlər

Orphus sistemi