Yuxarı

Göyçayda XII Nar festivalı keçirilib

Göyçayda XII Nar festivalı keçirilib
Qonaqlar nardan hazırlanan müxtəlif təamlardan dadıblar
© Report

Göyçay. 3 noyabr. REPORT.AZ/ Göyçay rayonunda XII Nar festivalı keçirilib.

"Report"un Göyçaya ezam olunan müxbirinin verdiyi məlumata görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Milli Məclisin deputatları Fazil Mustafa, Elman Nəsirov, Çingiz Qənizadə və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Göyçay rayonu üzrə nümayəndəsi Nazim Əhmədov deyib ki, bu il Göyçayda 3 min hektara yaxın olan nar bağından, təxminən, 2500 hektara yaxını bar verəndir: "Bu il Göyçayda narın məhsuldarlığı 40-50 min ton aralığında olub. Hazırda Azərbaycanın ən məşhur nar sortları "Gülöyşə", "Şirin nar", "Vələs nar" və "Turş nar"dır. Nardan tibdə də geniş istifadə olunur. Son vaxtlar bu sahəyə maraq artıb. Hədəfimiz 3 min hektar olan nar sahələrini 5 min hektara çatdırmaqdır. Narları saxlamaq üçün 2 min və 700 tonluq nar və xurma saxlama kameraları var".

Qonaqlar Göyçay sakinləri tərəfindən təşkil olunan stendləri gəzərək nardan hazırlanan müxtəlif təamlardan dadıblar.

Nar bayramı 2006-cı ildən ənənəvi olaraq Göyçay rayonunda hər il keçirilir. Azərbaycan narının tapılmış 55 sortunun hamısı Göyçayda var.

Xatırladaq ki, Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil edib. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli proqramla müşayiət olunan tədbir böyük bayram əhval-ruhiyyəsində keçib.

“Nar” tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Bayramda iştirak edən media nümayəndələri mobil operatorun təqdimatını maraqla izləyərək tədbirdən geniş reportaj hazırlayıblar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar” məhsul, xidmət, tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi