Tədbirdə Milli Məclisin deputatları Zahid Oruc, Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və başqa rəsmi şəxslər iştirak edib.
Ötən il rayonda 26 min tondan artıq nar yığılıb. Bu il rəqəmin 50 min tona çatdırılması planlaşdırılır.
Rəsmi çıxışlardan sonra qonaqlar rayon sakinlərinin açdıqları masalara baxış keçiriblər. Onlar müxtəlif təamlardan, nardan hazırlanmış içkilərdən dadıblar.
Azərbaycan narının tapılmış 55 sortunun hamısı Göyçayda var. Rayonda təşkil edilən Nar Bayramı isə artıq 7-ci ildir ki, keçirilir.