Gəncədə "Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib - FOTO

Gəncədə "Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib - FOTO Gəncə. 21 dekabr. REPORT.AZ/ Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
21 Dekabr , 2017 18:13
Gəncədə Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib - FOTO
Report

Gəncə. 21 dekabr. REPORT.AZ/ "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında görülən işlərdən və şəhərin mədəniyyət sahəsində tutduğu əhəmiyyətli yerindən danışıb. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçildiyi ildə gördüyü işlərin təqdirəlayiq olduğunu və gələcəkdə də şəhərin uğurlar qazanacağına inandığını bildirib. 

Sonra MDB ölkələrinin mədəniyyət sahəsində bir sıra nümayəndələri mükafatlandırılıb.

E.Vəliyev Polad Bülbüloğluna və Anatoli Qennadeviç İksanova dahi şair Nizami Gəncəvinin siması əks olunan xalça hədiyyə edib. 

Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyeva MDB Ölkələrinin Mədəniyyət Paytaxtı Lahiyəsinin yekun diplomu verilib.

Tədbir MDB-nin iştirakçısı olan ölkələrin estrada ifaçılarının konserti ilə davam edib.

Son xəbərlər

Orphus sistemi