“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” beynəlxalq layihəsinin rəsmi açılış mərasimi olub - FOTO

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” beynəlxalq layihəsinin rəsmi açılış mərasimi olub - FOTO Şəhərə “2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı” Sertifikatı təqdim olunub
Mədəniyyət siyasəti
18 Mart , 2017 20:04
“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” beynəlxalq layihəsinin rəsmi açılış mərasimi olub - FOTO

Gəncə. 18 mart. REPORT.AZ/ “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihəsinin rəsmi açılışı keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib.

O, qədim tarixə malik Gəncənin mədəniyyət paytaxtı adına layiq olduğunu diqqətə çatdırıb.

Sonra söz MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya verilib.

“Gəncə SSRİ vaxtı, əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib. Gəncə dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş edib. Elə bu göstərici şəhərin mədəniyyət paytaxtı olmasına kifayət edir”, - deyə o bildirib.

MDB-nin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov da tədbirdə çıxış edib və öz təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına inandığını bildirib.

Daha sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetməsi olub. Sertifikat Şvıdkoy tərəfindən Gəncə meri Elmar Vəliyevə təqdim edilib. Daha sonra 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə bir qrup idmançı təltif olunub, onlara hədiyyələr verilib. Layihənin açılış mərasimindən sonra qonaqlar Heydər Əliyev Park Kompleksində təşkil olunmuş Novruz bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər.

Günün ikinci yarısında isə Heydər Əliyev Parkında “Gəncə MDB-nin Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışına və Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə yerli mədəniyyət nümayəndələri və ölkənin tanınmış müğənniləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi