Gənc Tamaşaçılar Teatrında "Quliver cırtdanlar ölkəsində" tamaşasının premyerası keçirilib

Gənc Tamaşaçılar Teatrında "Quliver cırtdanlar ölkəsində" tamaşasının premyerası keçirilib Səhnə əsərində müasir Azərbaycan mahnılarından istifadə olunub
Mədəniyyət siyasəti
27 Oktyabr , 2017 16:12
Gənc Tamaşaçılar Teatrında Quliver cırtdanlar ölkəsində tamaşasının premyerası keçirilib
Report/ Orkhan Azim

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Quliver cırtdanlar ölkəsində" tamaşasının premyerası keçirilib.

"Report" xəbər verir ki, Conatan Sviftin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

E.Rəhimzadə tamaşanın adət olunduğundan fərqli bir şəkildə hazırlandığını deyib: "Biz istədik ki, yeni nəsil tamaşaçılara bu tamaşanı yeni bir tərzdə təqdim edək. Biz Quliveri hər zaman keçmiş dövrün insanı kimi görmüşük. Ancaq siz bu tamaşada onu daha müasir formada, dövrümüzə aid insan kimi görə bilərsiniz. Bu tamaşada ilk dəfədir ki, Azərbaycan teatrında cırtdan insanların rolu yaradılıb. Tamaşaçıları bunların əsl cırtdan insanlar olduğuna inandırmağa çalışmışıq".

Tamaşa cırtdanlar ölkəsinə düşən Qulliverin başına gələnlərdən bəhs edir. Səhnə əsərində müasir Azərbaycan mahnılarından istifadə olunub.

Tamaşada rolları Elşən Hacıbabayev, Ramil Məmmədov, Elnur Hüseynov, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Vahid Əliyev, Xəyalə Meydanova, Könül Əbilova, Xaliq Bəkirov ifa edir.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirovdur.

Son xəbərlər

Orphus sistemi