Yuxarı

Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait artırılır

Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait artırılır

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait artırılır.

“Report” xəbər verir ki, 2019-cu ilin büdcəsindən Azərbaycan Mədəniyyət Nazirliyinə 5 milyon 909 min 629 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 881 min 376 manat çoxdur.

Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kino Xidməti İdarəsinə 2019-cu ilin büdcəsindən 141 min 252 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ isə ötən ilki vəsaitdən 13 min 760 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi