Yuxarı

Füzulidə orta tunc dövrünə aid oyma daşlar aşkarlanıb - FOTO

Füzulidə orta tunc dövrünə aid oyma daşlar aşkarlanıb - FOTO
Daşlar muzeyə təhvil verilib
© Report

Füzuli. 30 yanvar. REPORT.AZ/ Füzuli rayonunda orta tunc dövrünə aid qədim daşlar aşkar edilib.

Bu barədə "Reprot"un Qarabağ bürosuna rayonun Tarix Diyarşunaslıq Muzeyinin şöbə müdiri Nailə Əsədli məlumat verib.

O bildirib ki, rayonun Böyük Bəhmənli kənd sakinləri çaydan qum-çınqıl daşıyan zaman fiqurlu oyma daşlar aşkar ediblər: "Ərazidən bir neçə belə daşın üzə çıxması sakinlərin diqqətini cəlb edib. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib və həmin daşlar toplanaraq muzeyə gətirilib. İlkin araşdırma zamanı məlum olub ki, əl əməyinin məhsulu olduğu görünən bu daşlar tarixi keçmişimizin bir parçasıdır. Orta Tunc dövrünün əvvəllərinə aid edilən oval və silindir şəkilli daşların tarixini daha dəqiq öyrənmək ücün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi