​Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək

​Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək Müsabiqənin qalibi üçün 15 000 avro məbləğində pul mükafatı nəzərdə tutulur
Mədəniyyət siyasəti
3 Mart , 2016 20:41
​Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək

Bakı. 3 mart. REPORT.AZ/ Fransanın Annemas şəhərində pianoçuların Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına 10-cu beynəlxalq müsabiqəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətubat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqə mart ayının 7-12-də olacaq.

Adilə Əliyevanın rəhbərliyi ilə təşkil olunan münsiflər heyətində bəstəkar Rodion Şedrin, "Dofine Libero" qəzetinin baş redaktoru Katrin Ponse, Tokio və Fransanın milli simfonik orkestrının baş direjoru Şarl Dyuta, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, “Deutsche Gramophone” səsyazma studiyasının direktoru Mixayel Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrının baş direktoru Joanna Vnuk Nazarava yer alır. 

Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirardır.

Müsabiqənin qalibi üçün 15 000 avro məbləğində pul mükafatı nəzərdə tutulur. Bundan əlavə, müsabiqədə ilk yerləri tutanlara müsabiqə zamanı çəkilən kadrların yer aldığı film hədiyyə olunacaq və Parisdəki “Ecole Normale de musique Alfred Cortot”da pulsuz təhsil almaq üçün təqaüd ayrılacaq.

Qeyd edək ki, hər iki ildən bir adına müsabiqə keçirilən Azərbaycanın Əməkdar Artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. 

Son xəbərlər

Orphus sistemi