Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək Tbilisidə dost ölkələrə həsr olunmuş festivalların keçirilməsi ənənəsi 2016-cı ildən davam etdirilir
Mədəniyyət siyasəti
22 Mart , 2019 15:15
Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu il “Azərbaycan payızı” festivalı keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi sakrebulosunun (şəhər şurası) majoritar deputatı Rima Beradze bildirib.

O deyib ki, festival payız aylarının birində şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində təşkil olunacaq: “Azərbaycan payızı” festivalı Gürcüstan paytaxtında ilk dəfə baş tutacaq. Festival iştirakçıları Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış ola biləcəklər”.

Qeyd edək ki, Tbilisidə dost ölkələrə həsr olunmuş festivalların keçirilməsi ənənəsi 2016-cı ildən davam etdirilir. Ötən ilin may ayında şəhərin Kiyev küçəsində “Ukrayna baharı” festivalı keçirilib. 

Son xəbərlər

Orphus sistemi