Fanatları Frank Sinatranın yüzillik yubileyini qeyd edir

Fanatları Frank Sinatranın yüzillik yubileyini qeyd edir Müğənni karyerası ərzində 100-dən çox disk yazdırıb
Mədəniyyət siyasəti
12 Dekabr , 2015 13:38
Fanatları Frank Sinatranın yüzillik yubileyini qeyd edir

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 12-də məşhur amerikalı müğənni Frank Sinatranın doğum günündən düz 100 il ötür.

"Report"un CNN-ə istinadən verdiyi xəbərə görə, fanatları da onu yaddan çıxarmayıb və onun yüzillik yubileyini qeyd edir.

Sənətkar 1915-ci ildə Nyu Cersidə anadan olub və 1998-ci ildə Los Ancelesdə vəfat edib. Bu müddətdə o, 100-dən çox disk yazdırıb və bu mahnıların çoxu musiqi reytinqlərində yüksək pillələrdə özünə yer edib.

O, eyni zamanda aktyor kimi də məşhur olub. 1954-cü ildə isə F.Sinatra "Buradan əbədiyyətə qədər" filmində ikinci plan roluna görə "Oskar" mükafatını alıb. Artist həmçinin "Ouşenin 11 dostu" filminin 1960-cı ildə çəkilmiş orijinal versiyasında baş rolu ifa edib.

F.Sinatranın ən məşhur mahnıları sırasında "Strangers in the night", "New York, New York", "Let It Snow" və "My Way" nəğmələrini göstərmək olar.

Son xəbərlər

Orphus sistemi