“Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

“Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib Bu gün Heydər Əliyev Mərkəzində “Neftçilər günü” və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert proqramı təqdim olunub.
Mədəniyyət siyasəti
20 Sentyabr , 2019 21:48
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “Neftçilər günü” və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert proqramı təqdim olunub.

“Report” xəbər verir ki, bu günlər Azərbaycanda davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı eyni zamanda neftçilərin bu musiqi bayramına töhfəsidir.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru bu üç ölkənin görkəmli bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Daha sonra “Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bey Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səsləndirilib.

Proqramda həmçinin Polad Bülbüloğlunin “Eşq və ölüm” baletindən “Cəngi”, Tofiq Quliyevin “Sənə də qalmaz” (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin “Turandot” operasından Kalafın ariyası (üç tenor), “Qranada” və “Xalq Heydər” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi