Ermənistan xəbərdarlığa məhəl qoymayaraq “Eurovision”da yenidən təxribat törədib - FOTO

Ermənistan xəbərdarlığa məhəl qoymayaraq “Eurovision”da yenidən təxribat törədib - FOTO Hadisə final mərhələsinin başlamasına bir neçə saat qalmış baş verib
Mədəniyyət siyasəti
15 May , 2016 05:32
Ermənistan xəbərdarlığa məhəl qoymayaraq “Eurovision”da yenidən təxribat törədib - FOTO

Bakı. 15 May. REPORT.AZ/ Ermənistan dövləti İsveçdə keçirilmiş “Eurovision” beynəlxalq mahnı müsabiqəsi çərçivəsində növbəti təxribata əl atıb.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu dəfə Stokholm sakinləri və qonaqları müsabiqənin keçirildiyi "Qloben-arena" üzərində arxasınca “Qarabağ - İveta” (“Karabakh-love-İveta”) yazısının olduğu plakat daşıyan təyyarəni müşahidə ediblər.

Hadisə müsabiqənin final mərhələsinin başlamasına bir neçə saat qalmış baş verib.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan təmsilçisi İveta Mukuçyan ilk yarımfinal mərhələsində separatçı “DQR” bayrağı dalğalandırmışdı.
“Eurovision”un keçirilməsi və təşkili ilə məşğul olan Avropa Yayım İttifaqının nümayəndələri isə hadisə ilə bağlı erməni təmsilçini belə bir şey təkrarlanacağı təqdirdə yarışdan kənarlaşdıracaqları ilə hədələmişdiər.

Son xəbərlər

Orphus sistemi