Yuxarı

“Əli və Nino” filmi Litvada nümayiş olunub

“Əli və Nino” filmi Litvada nümayiş olunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan "Forum Cinemas Vingis" kinoteatrında “Əli və Nino” filminin nümayişi olub. 

Bu barədə "Report"a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib. 

Film Litva dilinə tərcümə edilərək subtitrlərlə nümayiş etdirilib. 

Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər. 

Filmdən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub, milli yeməklər və içkilərdən hazırlanan təamlar ikram edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi