Yuxarı

Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib

Mədəniyyət və turizm nazirinin keçmiş müavini Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, orden mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi