Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edəcək Bakı. 15 yanvar. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət siyasəti
15 Yanvar , 2019 10:40
Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir yanvarın 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) keçiriləcək görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarının sakinləri iştirak edə bilər. 

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür. 

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin adları çəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi